Rusiya neft ixracından gəlirlərini 40% artırıb

Rusiya neft ixracından gəlirlərini 40% artırıb
# 11 noyabr 2021 12:44 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Rusiya 77,9 mlrd. ABŞ dolları dəyərində neft ixrac edib ki, bu da illik müqayisədə 41% çoxdur.

"APA-Economics"in Rusiya Federal Gömrük Xidmətinə istinadən verdiyi məlumata görə, hesabat dövründə Rusiya 171,37 mln. ton neft ixrac edib, bu da illik müqayisədə 5,8% azdır.

Qeyd olunur ki, hasilatın azalması "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaldılması üzrə təşəbbüs) razılaşması çərçivəsində Rusiyanın üzərinə götürdüyü öhdəliklə bağlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR