Ruslan Əliyev: "Yeni qaz tarifi ölkədə mərkəzləşdirilmiş istilik sisteminin inkişafına şərait yaradacaq"

Ruslan Əliyev

© APA | Ruslan Əliyev

# 30 iyun 2021 18:04 (UTC +04:00)

"Azəristiliktəchizat" ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə yeni təbii qaz tarifləri Azərbaycanda mərkəzləşdirilmiş istilik sisteminin daha da inkişaf etməsinə şərait yaradacaq.

"APA-Economics"in məlumatına görə, bunu SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev deyib.

"Yeni tarif mərkəzləşdirilmiş istilik sisteminin gələcəkdə bir qədər də inkişaf etməsinə gətirib çıxardacaq", - deyə R. Əliyev vurğulayıb.

Onun sözlərinə görə, mərkəzləşdirilmiş istilik sistemi artıq dünyanın bir çox ölkəsində istifadə edilir. Bu sistemin fərdi isitmə sistemlərindən fərqi təkcə təbii qaza olunan qənaət deyil, həm də ekoloji cəhətdən bir çox üstünlüyü var.

Xatırladaq ki, 30 iyun 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. Şuranın qərarı ilə, təbii qaz əsasında fəaliyyət göstərən istilik təchizatı sisteminin fəaliyyətinin dayanıqlığının təmin edilməsi, habelə ölkə vətəndaşlarının istilik sistemindən istifadə xərclərinin optimallaşdırılması məqsədilə "Azəristiliktəchizat" ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilib.

Qərar 1 iyul 2021-ci il tarixindən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR