SOCAR hazırda Rusiyada metanol zavodunun inşasını planlamır

SOCAR hazırda Rusiyada metanol zavodunun inşasını planlamır
# 05 iyun 2021 12:23 (UTC +04:00)

Hazırda SOCAR-ın layihələrinə Rusiyada metanol zavodunun inşası daxil deyil.
"APA-Economics"in məlumatına görə, bu barədə SOCAR-ın Rusiyadakı törəmə “SOCAR-Rus” şirkətinin baş direktoru Fərid Cəfərov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (PMEF-2021) NEWS.ru-ya müsahibəsində deyib.
Onun sözlərinə görə, SOCAR Vısotsk metanol zavodu layihəsi üzrə yalnız texniki məsləhətçi kimi çıxış edib: "Layihə artıq inkişaf mərhələsindədir. Bütün layihə işləri başa çatıb, açar təslim layihənin həyata keçirilməsi üçün danışıqlar aparılır. "Hyundai" baş podratçı kimi çıxış edir. Hər şey tamamlandıqda, bu, Rusiyada limanda inşa olunmuş ilk metanol zavodu olacaq".
F. Cəfərov qeyd edib ki, zavod təbii qazı borudan alacaq, metanol halına gətirəcək və sonra istehlakçıya göndərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR