SOCAR qazma işlərini azaldıb

SOCAR qazma işlərini azaldıb
# 16 iyul 2021 13:01 (UTC +04:00)

Bu ilin II rübündə SOCAR 14 043 metr qazma işi həyata keçirib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,4% azdır.

Məlumata görə, azalma SOCAR-da aparılmış optimallaşdırma tədbirləri çərçivəsində müşahidə olunub.

Qeyd edək ki, ötən ilin ikinci rübündə SOCAR üzrə qazma işləri 15 161 metr səviyyəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR