“Toyota” avtomobil istehsalını 40% azaldacaq

“Toyota” avtomobil istehsalını 40% azaldacaq
# 20 avqust 2021 10:12 (UTC +04:00)

Yapon avtomobil istehsalçısı “Toyota Motor”, çip çatışmazlığı səbəbindən sentyabrda avtomobil istehsalını 40% azaldacaq.

APA-Economics” xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “Nikkei Asia” yazır.

Qeyd olunur ki, avtomobil istehsalçısı sentyabr ayında təxminən 900 min avtomobil istehsal etmək niyyətindədir, lakin qlobal çip böhranı tədarük zəncirlərinə təsir etdiyi üçün bu rəqəm təxminən 500 min ədədə endirilib.


Bundan əlavə, Cənub-Şərqi Asiyada Delta ştammı səbəbindən koronavirusun yayılması, avtomobil hissələrinin alınmasına da mənfi təsir göstərib.

Avtomobil istehsalının azaldılması, avtomobil istehsalçısının gələn aydan etibarən bir çox fabrikdəki fəaliyyətini müvəqqəti olaraq dayandıracağı anlamına gəlir. Belə ki, Şimali Amerika, Çin və Avropada on minlərlə avtomobillərin istehsalı dayandırılacaq.

Qeyd edək 2020-ci ilin sentyabr ayında “Toyota Motor” 840 min avtomobil istehsal etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR