Türkiyə Rusıya qazının idxalını kəskin artırıb

Türkiyə Rusıya qazının idxalını kəskin artırıb
# 30 iyun 2021 12:38 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Rusiyadan Türkiyəyə 10 143,69 mln. kubmetr "mavi yanacaq" ixrac olunub ki, bu da illik müqayisədə 2,4 dəfə çoxdur.

"APA-Economics"in Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinin (EPDK) məlumatları əsasında apardığı hesablamalarına görə, yanvar-aprel aylarında Rusiya Türkiyənin ümumi qaz idxalında birinci yerdə qərarlaşıb.

Məlumata görə, Türkiyə 2020-ci ilin yanvar-aprel aylarında Rusiyadan 4 182,17 mln. kubmetr qaz idxal edib.

Xatırladaq ki, 2020-ci ildə Rusiyadan Türkiyəyə 16 176,34 mln. kubmetr "mavi yanacaq" ixrac olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR