Yaponiyada benzinin qiyməti yeddiillik maksimumu yeniləyib

Yaponiyada benzinin qiyməti yeddiillik maksimumu yeniləyib
# 27 oktyabr 2021 11:12 (UTC +04:00)

Yaponiyada benzinin orta qiyməti son yeddi ilin maksimumunu yeniləyib.

"APA-Economics"in məlumatına görə, bu barədə Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin açıqlamasında deyilir.

Yaponiyada ən çox yayılmış və Rusiyanın "Aİ-95" markalı benzininə uyğun gələn "Regular" markalı benzinin 1 litrinin orta qiyməti oktyabrın 25-nə 167,3 yen (təxminən 1,47 ABŞ dolları) təşkil edib. Bu, 2014-cü ilin sentyabr ayından bəri ölkədə qeydə alınmış benzinin ən yüksək qiymətidir. O zaman onun maya dəyərinin artması neftin qiymətinin müvafiq artımı hesabına baş verib.

Bundan əvvəl Yaponiyada benzinin yüksək qiyməti oktyabrın 18-də qeydə alınıb – 164,6 yen (1,44 dollar).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR