Paris Bakının namizəd olduğu "Expo-2025" ilə bağlı müraciətini geri götürüb

Paris Bakının namizəd olduğu "Expo-2025" ilə bağlı müraciətini geri götürüb
# 21 yanvar 2018 09:26 (UTC +04:00)

Parisin  "Expo-2025" Ümumdünya Sərgisinə namizədliyi geri götürülüb.

 

APA-nın məlumatına görə, bu barədə bu gün Fransanın "Journal du Dimanche" qəzeti məlumat yayıb.

 

Fransa baş naziri Eduard Filipp bununla bağlı "Expo-2025" Təşkilat Komitəsinə məktub yazıb. Məktubda Parisin namizədliyini geri götürməsinin səbəbi kimi maliyyə durumu göstərilib. E. Filipp tədbirin keçirilməsi üçün zəruri olan biznes tərəfdaşlarının da çatışmadığını qeyd edib.

 

Xatırladaq ki, Fransa 2017-ci il sentyabrın sonlarında "Expo-2025"-nin təşkili ilə bağlı namizədliyini irəli sürüb.  Müraciətdə bildirilmişdi ki, sərgini 35-65 milyon insan ziyarət edə bilər.

 

Hazırda "Expo-2025" sərgisinin keçirilməsinə namizəd ölkələr Azərbaycan, Yaponiya və Rusiyadır. Sərginin keçirilməsi hüququ qazanmış ölkənin adı bu ilin noyabrında açıqlanacaq. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR