BDU-da yeni prorektorlar təyin edilib

BDU-da yeni prorektorlar təyin edilib
# 26 may 2011 18:21 (UTC +04:00)
P. İbrahimovanın sözlərinə görə, dəyişiklik respublikada aparılan kadr islahatları ilə əlaqədardır.

Tədris işləri üzrə prorektor Vüsət Əfəndiyevin əvəzinə universitetin elmi-təqdiqat hissəsinin müdiri İradə Əliyeva, elmi işlər üzrə prorektor İsmayıl Əliyevin yerinə fizika fakültəsinin kafedra müdiri Aydın Kazımzadə, Humanitar məsələlər üzrə prorektor Vaqif İbrahimovun əvəzinə Tarix fakültəsinin dekanı Sani Hacıyev, Beynəlxalq əlaqələr üzrə prorektor Elxan Hüseynovun yerinə Tarix fakültəsinin dosenti Şəlalə Məmmədova təyin edilib.

P. İbrahimovanın sözlərinə görə, yeni təyinatlar zamanı kadrların yaşı, xarici dil və müasir idarəçilik üçün tələb olunan digər bilgilər də nəzərə alınıb.

Dəyişikliklərə əsasən, Beynəlxalq əlaqələr üzrə prorektorluğun adı beynəlxalq əlaqələr və əməkdaşlıq, Humanitar məsələlər üzrə prorektorluğun adı Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr, Elmi işlər üzrə prorektorluğun adı Elm və innovasiyalar, Tədris işləri üzrə prorektorluğun adı isə tədrisin təşkili və təlim texnologiyaları adlandırılıb, qiyabi və əlavə təhsil üzrə prorektorluq həmin prorektorluğa birləşdirilib.

P. İbrahimova onu da bildirib ki, vəzifədən çıxan əməkdaşlar ixtisaslarına uyğun başqa işlə təmin ediliblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR