Azərbaycanda ali məktəblərin magistraturalarının ikinci mərhələsinə keçirilən qəbul imtahanının nəticələri açıqlanıb
26 iyun 2012 18:47 (UTC +04:00)
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanın nəticələri TQDK-nın rəsmi internet saytında yerləşdirilib. Bakalavrlar öz iş nömrələrini “7727” nömrəsinə göndərməklə də nəticələrini öyrənə bilərlər. Hər bir bakalavr öz imtahan nəticələrinə dair “məlumat vərəqi”ni internet vasitəsilə əldə edə bilər.
Magistraturaya qəbul imtahanının birinci mərhələsi martın 4-də keçirilib. Birinci mərhələdə uğur qazanaraq müsabiqə şərtlərini ödəyən 8529 bakalavr iyunun 24-də keçirilən ikinci mərhələyə buraxılıb. İkinci mərhələnin imtahanları Bakı, Gəncə və Naxçıvan şəhərlərində keçirilib.
Bakalavrlar iyunun 27-dən 29-dək ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirəcəklər.

Siyasi
Vardanyandan “sülh quşu” yaratmaq cəhdi - Separatçı milyarderin sərvəti uğrunda mübarizə - TƏHLİL
13:06
24 aprel 2024
Azərbaycan-Rusiya münasibətləri: Praqmatik yanaşma və milli maraqlar - TƏHLİL
14:18
23 aprel 2024
Makron bəyanatlarında səmimi deyil - Fransa Ukraynaya Baltikyanı ölkələrdən də az hərbi dəstək verib - TƏHLİL
15:48
22 aprel 2024
İlham Əliyev Qazaxın dörd kəndini bir güllə atılmadan, qan tökülmədən Azərbaycana qaytardı - TƏHLİL
17:53
19 aprel 2024