Əfqanıstanda 5,2 bal gücündə zəlzələ olub

Əfqanıstanda 5,2 bal gücündə zəlzələ olub
# 23 yanvar 2013 03:37 (UTC +04:00)

Əfqanıstanda 5,2 bal gücündə zəlzələ baş verib. APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı ABŞ-ın Geoloji xidməti yayıb.

Yeraltı təkanların episentri Baqlan şəhərindən 24 km cənubda və Narin şəhərindən 40 km şimalda qeydə alınıb. Zəlzələnin dərinliyi 51,7 km təşkil edib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR