9 illik təhsil bazasından kolleclərə sənəd qəbulu başa çatıb

9 illik təhsil bazasından kolleclərə sənəd qəbulu başa çatıb
# 30 iyun 2021 15:02 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2021/2022-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazası üçün sənəd qəbulu başa çatıb.

DİM-dən APA-ya verilən məlumata görə, ümumilikdə 32215 şagird sənəd verib. Onlardan 31332-si Azərbaycan, 883-ü rus bölməsindən olan şagirdlərdir.

Qeyd edək ki, ümumi (9 illik) orta təhsil bazası üçün sənəd qəbulu iyunun 14-də başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR