Ağdamda Milli Qəhrəman Şirin Mirzəyevin yaratdığı özünümüdafiə batalyonunun 30 illiyi qeyd edilib

“Zəfər Yolu” layihəsi

© APA | “Zəfər Yolu” layihəsi

# 14 sentyabr 2021 11:29 (UTC +04:00)

Vətən müharibəsinin birinci ildönümünə həsr edilmiş “Zəfər Yolu” layihəsinin ilk tədbiri keçirilib.

APA-nın məlumatına görə, tədbir “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə baş tutub.
Layihə çərçivəsində ilk tədbir Ağdam rayonunun işğaldan azad edilmiş Əlməmmədli kəndində Milli Qəhrəman Şirin Mirzəyevin rəhbərliyi ilə Azərbaycanın ilk 836 saylı ərazi özünümüdafiə batalyonunun yaradılmasının 30 illiyi ilə bağlı keçirilib.

Tədbirdə batalyonun şəhid olmuş qəhrəmanlarının ailə üzvləri, Qarabağ müharibəsinin qaziləri, veteranları, hərbçilər iştirak edib. Batalyonun ilk toplaşma məntəqəsinin dağılmış divarları önündə tədbir iştirakçıları şəhidlərin əziz xatirəsini yad edib, torpaqların azad olması münasibəti ilə sevinc hisslərini bölüşüblər.
Qeyd edək ki, layihə iki ay ərzində davam edəcək və Zəfərin birinci ildönümündə yekunlaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR