Amerikalı bloger: “Ağdam şəhərindəki dağıntını görmək mənə çox dəhşətli hisslər yaşadır”

Dak Barner, ABŞ-dan olan bloger və yotuber

© APA | Dak Barner, ABŞ-dan olan bloger və yotuber

# 30 may 2021 13:40 (UTC +04:00)

“Ağdam şəhərindəki dağıntını görmək mənə çox dəhşətli hisslər yaşadır”.

APA-nın məlumatına görə, bunu bu gün "Show Me Azərbaijan" layihəsi çərçivəsində Ağdamda səfərdə olan ABŞ-dan olan bloger və yotuber Dak Barner bildirib.

D. Barner deyib ki, ona Ermənistanın işğalı dövründə Ağdam şəhər Cümə məscidində heyvan saxlanıldığı barədə məlumat verilib: “Bu, çox məyusedicidir. Biz məsciddə yenidənqurma və bərpa işlərinin aparılacağına dair məlumatlarla da tanış olduq”.

Bloger qeyd edib ki, Ağdam şəhərində artıq yenidənqurma işlərinə başlanılması çox sevindirici haldır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR