ANAMA yanında İctimai Şuraya namizədlər müəyyənləşib

ANAMA yanında İctimai Şura

© APA | ANAMA yanında İctimai Şura

# 22 iyun 2021 16:59 (UTC +04:00)

İyunun 21-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuraya üzvlərin seçilməsi barədə vətəndaş cəmiyyəti institutlarının təmsilçilərindən ibarət birgə yığıncaq keçirilib.


ANAMA-dan APA-ya verilən məlumata görə, yığıncaqda İctimai Şuranın Komissiya üzvləri, vətəndaş cəmiyyəti institutları nümayəndələri iştirak edib.
Səsvermədə qeydiyyatdan keçən 103 vətəndaş cəmiyyəti institutu nümayəndəsindən 89 seçici iştirak edib, 2 bülleten komissiya üzvləri tərəfindən etibarsız sayılıb. Nəticədə İctimai şuraya qeydiyyatdan keçmiş 9 vətəndaş cəmiyyəti təmsilçisindən 7 üzv seçilib.


Namizədliyi irəli sürülmüş şəxslərin hər biri minatəmizləmə, minadanzərəçəkənlərə yardım, tədqiqat və maarifləndirmə, minadanzərəçəkənlərin hüquqlarının qorunması, mina qurbanlarının sosial reabilitasiyası sahəsində müvafiq təcrübəyə malikdirlər.

İctimai Şuraya üzv seçilmiş şəxslər aşağıdakılardır:

Cəfərov Nadir Həbib oğlu -“Çıraq” Humanitar və İnkişaf İctimai Birliyinin Direktoru

Həsənov Emil Möhtəbər oğlu-“İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin İdarə Heyətinin üzvü
Həsənov Məmmədhəsən Murad oğlu-Mina Qurbanlarının Sosial İqtisadi Problemlərinin Həllinə Kömək İctimai Birliyinin sədri
İbrahimov Şahin Xanməmməd oğlu-“Dayaq” Qeyri Hökumət Humanitar Yardım Təşkilatının sədri
Qasımov Rey Kərim oğlu-Azərbaycanda Minadan Zərərçəkənlər Assosiasiyasının sədri
Mirzəyev Umud Rəhim oğlu-Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti
Səfixanov Hafiz Mərkəz oğlu-Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin Sədri

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR