Argentina səfiri Qubada səfərdə olub - FOTO

Argentina səfiri Qubada

© APA | Argentina səfiri Qubada

# 16 sentyabr 2021 18:05 (UTC +04:00)

Bu gün Argentina Respublikasının ölkəmizdəki Fövqəladə və səlahiyyətli Səfiri Serxio Osvaldo Perez Qunella Quba rayonuna səfər edib.

APA-nın şimal bürosunun məlumatına görə, səfir öncə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev tərəfindən qəbul edilib və ona rayon haqqında ətraflı məlumat verilib.

Səfir daha sonra “Qubaekoaqrar” MMC kənd təsərrüfatı mallarının istehsalı zavodu, “ABAD Factory” istehsalat kompleksi ilə tanış olub, Qırmızı Qəsəbədə icma üzvləri və sinaqoqları ziyarət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR