"Azadinfo.az" saytının rəhbəri Mahir Xəttab barəsində həbs-qətimkan tədbiri seçilib

"Azadinfo.az" saytının rəhbəri Mahir Xəttab barəsində həbs-qətimkan tədbiri seçilib
# 10 sentyabr 2021 15:45 (UTC +04:00)

"Azadinfo.az" saytının rəhbəri Mahir Ələkbərov (Xəttab) barəsində həbs-qətimkan tədbiri seçilib.

APA-nın xəbərinə görə, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib. Məhkəmənin qərarı ilə Mahir Ələkbərov barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, ötən gün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılan M.Ələkbərov hədə-qorxu ilə tələb etmədə təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR