Azərbaycan Prezidentinin köməkçisi: “Bir çox ölkədə vaksin çatışmazlığı var”

Şahmar Mövsümov

© APA | Şahmar Mövsümov

# 04 noyabr 2021 17:34 (UTC +04:00)

“Azərbaycanda 18 yaşdan yuxarı əhalinin 60%-dən çoxu vaksinasiya olub”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Yeni dünya iqtisadiyyatı" panelində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

O bildirib ki, dünyada vaksin millətçiliyinə son qoyulmalıdır: “Bir çox ölkədə vaksin çatışmazlığı var. Başa düşməliyik ki, pandemiyadan xilas olmağın yolu bütün ölkələrdə əhalinin vaksinasiya olunmasıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR