Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

peyvənd statsitikası, 31 oktyabr

© APA | peyvənd statsitikası, 31 oktyabr

# 31 oktyabr 2021 17:39 (UTC +04:00)

Azərbaycanda son sutkada 43 113 koronavirus (COVID-19) əleyhinə vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31 089, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12 024 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 660 868, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 258 418, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 402 450 təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR