Azərbaycanda qadınların məşğulluğunun təmin edilməsi ilə bağlı xüsusi fəaliyyət proqramı hazırlanıb

Komitə sədri Bahar Muradova

© APA | Komitə sədri Bahar Muradova

# 27 iyul 2021 10:35 (UTC +04:00)

“Qadın məşğulluğunun təmin olunması ilə bağlı xüsusi fəaliyyət proqramı hazırlanıb, yaxın zamanlarda təqdim olunacaq”.

APA-nın məlumatına görə, bunu bu gün Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Qadınlar Birliyinin sədri Ayşe Keşirlə görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

B. Muradova qadınlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində səylərin artırıldığını da vurğulayıb: “Ancaq bəzən ailələrdə elə hadisələr baş verir ki, cəmiyyət də bizi haqlı olaraq qınayır. Buna görə partiyaların proqramlarına ailə və ailə problemlərinin həlli istiqamətində məsələlər də daxil edilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR