Azərbaycanda qeydiyyatda olan İİV xəstələrinin sayı açıqlanıb

Azərbaycanda qeydiyyatda olan İİV xəstələrinin sayı açıqlanıb
# 01 dekabr 2021 16:27 (UTC +04:00)

“Dünyada İİV-ə yoluxma tendensiyası ötən illərə nisbətən azalıb”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov "Ümumdünya QİÇS-lə Mübarizə Günü" mövzusunda çıxışında deyib. O bildirib ki, dünyada 79 milyon civarında insan İİV xəstəsidir: “Onlardan 37 milyonu İİV-lə yaşayır, 36 milyona yaxını QİÇS-dən həyatını itirib”.

Onun sözlərinə görə, Azərbaycanda qeydiyyatda olan İİV xəstələrinin sayı 7868 nəfərdir: “Onlardan 70 faiz kişilər, 30 faizi qadınlardır. Bu ilin 11 ayında 654 nəfərə İİV-ə yoluxub. Onların 635-i Azərbaycan vətəndaşı, 19 nəfəri əcnəbidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR