Azərbaycanda son sutkada  1032 nəfər COVID-19-a yoluxub, 10 nəfər vəfat edib

koronavirus statistikası, 10 oktyabr

© APA | koronavirus statistikası, 10 oktyabr

# 10 oktyabr 2021 17:44 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1032 yeni yoluxma faktı qeydə alınıb, 1043 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 492 179 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 473 023 nəfər müalicə olunaraq sağalıb, 6 664 nəfər vəfat edib, aktiv xəstə sayı 12 492 nəfərdir.
Ölkədə son sutka ərzində 8 385, hazırkı dövrədək isə 4 952 737 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR