Azərbaycanda son sutkada 1210 nəfər COVID-19-a yoluxub, 15 nəfər vəfat edib

Azərbaycanda son sutkada 1210 nəfər COVID-19-a yoluxub, 15 nəfər vəfat edib
# 08 dekabr 2021 16:32 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1210 yeni yoluxma faktı qeydə alınıb, 1853 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 599 713 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 569 238 nəfər müalicə olunaraq sağalıb, 8019 nəfər vəfat edib, aktiv xəstə sayı 22 456 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 033, ötən müddət ərzində isə ümumilikdə 5 633 054 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR