Azərbaycanda son sutkada 127 nəfər COVID-19-a yoluxub, 54 nəfər sağalıb - VİDEO

Azərbaycanda son sutkada 127 nəfər COVID-19-a yoluxub, 54 nəfər sağalıb - VİDEO
# 07 iyul 2021 19:39 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 127 yeni yoluxma faktı qeydə alınıb, 54 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 336 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 567 nəfər müalicə olunaraq sağalıb, 4 979 nəfər vəfat edib, aktiv xəstə sayı 1 138 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 025, ötən müddət ərzində isə ümumilikdə 3 813 017 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR