Baş direktor: ""Patı" istifadəçilərini dəri örtüyündən müəyyən etmək olur"

Baş direktor: ""Patı" istifadəçilərini dəri örtüyündən müəyyən etmək olur"
# 08 dekabr 2021 15:58 (UTC +04:00)

“Son zamanlar cinayətlərin artmasına səbəb olan narkotiklər bəzən “patı”, “metamfitamin”, “şüşə” deyilən vasitələrdir”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsində “Narkomaniya ilə mübarizə" mövzusunda canlı yayımda Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov deyib.

O bildirib ki, bunlar psixi asılılıq yaradır və orqanizmə çox dağıdıcı təsir göstərir: “Metamfitamin qəbul edən şəxsləri dəri örtüyündən belə müəyyən etmək olar. Çünki bu vasitədən bir ildən artıq istifadə edənlərin dərisində irinli yaralar belə əmələ gəlir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR