Baş prokuror: “Azad edilmiş ərazilərdə qazıntılar və müəyyən istintaq tədbirləri zamanı cəsədlər aşkar edilib”

Baş prokuror: “Azad edilmiş ərazilərdə qazıntılar və müəyyən istintaq tədbirləri zamanı cəsədlər aşkar edilib”
# 01 noyabr 2021 15:21 (UTC +04:00)

“Birinci Qarabağ müharibəsində 4 minə yaxın itkin düşən şəxslərimiz vardı, onların taleyinə aydınlıq gətirilməsi üçün biz artıq bu istiqamətdə işlərə başlamışıq”.

APA-nın məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev deyib.

Baş prokuror bildirib ki, torpaqlar işğaldan azad edildikdən sonra qazıntılar aparılan, müəyyən istintaq tədbirləri həyata keçirilən zaman cəsədlər aşkar edilib: "Cəsədi tapılanların şəxsiyyətini müəyyən etmək məqsədilə naməlum məzarların açılması prosesi gedir. İtkin düşmüş şəxslərin yaxınlarından, qohumlarından nümunələr götürülür. Son məqsədimiz Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin müəyyən edilməsi, onlardan həlak olanların meyitlərinin ailələrinə qaytarılmasından ibarətdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR