Baş prokuror Kamran Əliyev Naxçıvana səfər edib - FOTO

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında

© APA | Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında

# 05 avqust 2021 18:23 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən avqustun 5-də Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına işguzar səfər edib.

Baş prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, önünə tər gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra səfər çərçivəsində nümayəndə heyəti Heydər Əliyev Muzeyini ziyarət edərək onlara muzey barədə ətraflı məlumat verilmişdir.
Qonaqlar muzeydə nümayiş etdirilən zəngin fond materialları, orijinal sənədlər və eksponatlarla dahi rəhbərin mənalı həyatı, xalqımızın rifahı, xoş gələcəyi naminə siyasi fəaliyyətinin ayrı-ayrı dövrləri, mərhələləri ilə bağlı eksponatlarla tanış olublar.
Baş prokurorun rəhbərlik etdiyi heyət həmçinin Ulu öndərin adını daşıyan tam orta məktəb və Hərbi Liseydə də olublar.
Bundan sonra Bəhruz Kəngərli muzeyini ziyarət edən qonaqlara Azərbaycan rəssamlıq sənətinin ən görkəmli nümunələrindən olan əsərlər barədə ətraflı məlumat verilib.

Səfər çərçivəsində Baş Prokuror Naxçıvan Muxtar Respublikasının Prokurorluğu və Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu, eləcə də Sədərək rayon prokurorluğunda yaradılmış şəraitlə tanış olub və əməkdaşlarla görüş keçirib. Xidməti vəzifələrini nümunəvi icra edərək səmərəli fəaliyyətlərinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycan Respublikasının “Prokurorluq haqqında” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunların tələblərinə uyğun olaraq, bir qrup əməkdaş “Prokurorluğun fəxri işçisi” döş nişanı, “Azərbaycan Respublikası Prokurorluğunun Fəxri fərmanı” ilə təltif edilmiş, həmçinin qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Səfərin gedişatı barədə ictimaiyyətə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR