Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən ət kəsimi məntəqələri aşkarlanıb

Ət kəsim məntəqəsi

© APA | Ət kəsim məntəqəsi

# 27 may 2021 16:27 (UTC +04:00)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

AQTA-dan APA-ya verilən məlumata görə, Agentlik əməkdaşları tərəfindən Bərdə şəhəri və rayonun Cəyirli, Mirzalıbəyli, Güloğlular kəndlərində fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində reydlər keçirilib. Yoxlama zamanı heyvan kəsimi və ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi aşkar edilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, kəsimlə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları, heyvan kəsimini mərkəzləşdirilmiş və müasir kəsim məntəqələrində həyata keçirmələri ilə bağlı icrası məcburi göstərişlər verilib.

Aşkar olunmuş nöqsanlarla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR