Bu ay zəhərlənmə halları ilə bağlı KTM-ə 49 nəfər müraciət edib, onlardan 3-ü ölüb

Bu ay zəhərlənmə halları ilə bağlı KTM-ə 49 nəfər müraciət edib, onlardan 3-ü ölüb
# 17 noyabr 2021 16:36 (UTC +04:00)

“Kliniki Tibbi Mərkəz”in Toksikologiya şöbəsinə noyabr ayının 1-dən bu günədək 49 nəfər müraciət edib.

KTM-dən APA-ya bildirilib ki, onlardan 12-si qidadan, 10-u dərmandan, 10-u sirkə turşusundan, 8-i göbələkdən, 8-i dəm qazından, 1-i isə spirtli içkidən zəhərlənib.
Qeyd olunub ki, zəhərlənənlərdən üçü dünyasını dəyişib. Onlardan biri qidadan (pomidor turşusundan), biri spirtli içkidən, digəri isə sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Mərkəzə daxil olmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR