Bu tədris ilindən tələbələr təhsil haqqını onlayn ödəyə bilərlər

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 16 sentyabr 2021 14:24 (UTC +04:00)

"Tələbələr bu tədris ilindən istifadəyə verilən sistem vasitəsilə təhsil haqqını onlayn şəkildə ödəyə bilir".

APA-nın məlumatına görə, bunu Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin baş məsləhətçisi Elçin Abışov bildirib.

Onun sözlərinə görə, tələbələr onlayn şəkildə invoys nömrəsi alırlar: "Burada həm tələbənin təhsil aldığı ali məktəb, həm də təhsil haqqı borcu barədə məlumat var. Onlayn kartda müvafiq invoys nömrəsi ilə bank və “Milliön” vasitəsilə də ödəniş mümkün olur. Əvvəllər tələbələr şəxsiyyət vəsiqələrini təqdim etməklə ödəniş edirdi. Təhsil haqqı borcu müəyyən hissələrə bölünə bilər. Eyni zamanda, bu ildən akademik borc ödənişləri də müvafiq sistem vasitəsilə icra olunacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR