Deputat 44 günlük müharibədə yaralanmış, əlillik dərəcəsi düşməyən şəxslərə ayda 500 manat verilməsini təklif edir

Deputat Razi Nurullayev

© APA | Deputat Razi Nurullayev

# 22 iyun 2021 13:40 (UTC +04:00)

“44 günlük döyüşlərdə təxminən 11 min nəfər yaralanıb. Onlardan təxminən 4500-5000 nəfərinə əlillik dərəcəsi veriləcək. 6 min əlillik dərəcəsi düşməyən yaralanmış şəxs qalır. Onların da tam əksəriyyəti gənclərdi. Bu gənclərin çoxu hələ peşəsini, gələcək həyatını müəyyənləşdirməyib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

Deputat təklif edib ki, yaralanmış, əlillik dərəcəsi düşməyən müharibə iştirakçılarının hər birinə dəstək kimi 5 il müddətində ayda 500 manat pul verilsin: “Bu 5 il ərzində də onlar özlərinə bir peşə, iş-güc, güzəran qurarlar”.

Deputat Musa Quliyev isə bildirib ki, yaralanan qazilərə 500 manat müavinət verilməsi təklifi qanunvericilik baxımından mümkün deyil.

Deputat bildirib ki, müharibədə iştirak edən, əlillik verilməyən insanların məşğulluğu təmin edilməlidir: “Təklif humanist ola bilər, amma həyata keçirilməsi mümkün deyil. Həmin qazilər sağalıb, deməli, işləyə bilərlər. Bunun üçün “Məşğulluq marafonu” həyata keçirilir. İlin sonuna kimi biz bu insanların məşğulluğunun təmin edilməsinə çalışacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR