Deputat: “Dövlət qulluğuna qəbul zamanı müsahibəyə ehtiyac yoxdur”

Qüdrət Həsənquliyev

© APA | Qüdrət Həsənquliyev

# 27 may 2021 16:13 (UTC +04:00)

“Dövlət qulluğuna qəbul zamanı müsahibə mərhələsinə nə ehtiyac var? Müsahibə mərhələsində verilən sualları test imtahanına salmaq olar”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, qanunvericiliyi humanistləşdirməyə çox ehtiyac var: “Vətəndaşları bu qədər incitməyin nə adı var? Testlə imtahan versinlər, qəbul olsunlar. Əgər vəzifəsini icra edə bilməyəcəksə, əmək qanunvericiliyi var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR