DİM “Abituriyentin elektron ərizəsi”ni ləğv etmək istəyənlərə müraciət edib

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 01 iyun 2021 14:14 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi “Abituriyentin elektron ərizəsi”nin təsdiqini ləğv etmək istəyənlərə müraciət edib.

DİM-dən APA-ya verilən məlumata görə, təsdiq edilmiş elektron ərizəsini ləğv etmək istəyən abituriyentlər https://eservices.dim.gov.az/erizebak/erize/ səhifəsindəki “Elektron ərizənin təsdiqinin ləğvi” keçidinə daxil olub “Şəxsi kabinet”inin istifadəçi adı və parolunu mavafiq sahələrə qeyd edirlər. Ərizənin ləğv olunması üçün istifadəçinin “Şəxsi kabinet”ində qeyd etdiyi mobil telefon nömrəsinə xüsusi kod göndərilir. Əgər orada qeyd olunan mobil telefon nömrəsi abituriyentə məxsus deyilsə və ya nömrə dəyişilibsə, əməliyyatdan imtina edib “Şəxsi kabinet”dəki “Əlaqə məlumatları” bölməsində mobil telefon nömrəsində düzəliş edib proseduru yenidən təkrar etmək, bu zaman mobil telefon nömrəsinə göndərilmiş təsdiq kodunu müvafiq sahəyə daxil etməklə “Təsdiqi ləğv et” düyməsini basmaq lazımdır.

Təsdiq olunmuş elektron ərizənin ləğv edilməsi xidmətindən yalnız 1 dəfə istifadə etmək mümkündür.

Müsabiqəyə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər buraxılır.

Qeyd edək ki, abituriyentlər mayın 27-dən etibarən ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün DİM-in müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Elektron ərizələrin qəbulu 8 iyun saat 23:59-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR