DİN: Sosial şəbəkələrdə onlayn narkotik satan narkotacirlərin yalan vədlərinə inanmayın

DİN bina

© APA | DİN bina

# 26 noyabr 2021 14:39 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) narkotiklərlə bağlı vətəndaşlara müraciət edib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DİN vətəndaşların diqqətinə çatdırır ki, sosial şəbəkələrdən istifadə edən zaman maksimum dərəcədə diqqətli olsunlar və onlayn yolla narkotik vasitələrin satışını təşkil edən, xarici dövlətlərdə yaşayan narkotacirlərin yalan vədlərinə inanmasınlar: "Sosial şəbəkələrdə narkotik vasitələrin satışını təşkil edən şəxsləri isə bu çirkin yoldan çəkinməyə çağırırıq. Əks halda onların şəxsiyyətlərinin müəyyən edilərək saxlanılması istiqamətində qətiyyətli əməliyyat tədbirləri bundan sonra da davam etdiriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR