Direktor müavini: "İşğaldan azad edilən torpaqlarda peşə məktəblərinin yaradılması məsələlərinə baxılır"

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov

© APA | Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov

# 17 sentyabr 2021 13:30 (UTC +04:00)

"Peşə təhsil sistemi Ermənistanın işğalından ən çox zərər görən sistemlərdən biri olub".

APA-nın məlumatına görə, bunu "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov bildirib. Onun sözlərinə görə, Azərbaycan torpaqları işğal edildikdən sonra peşə təhsili müəssisələrinə aid infrastrukturun təxminən 50 faizi qaçqın və məcburi köçkünlərin yerləşdirilməsi üçün istifadə olunurdu: "Eyni zamanda, Azərbaycanın işğal altında olan torpaqlarında 12 peşə təhsil müəssisəsi fəaliyyət göstərirdi. İşğaldan sonra həmin təhsil müəssisələrinin 6-sı tamamilə fəaliyyətini dayandırıb, 6-sı isə köçkün məktəbləri formasında rayonlarda fəaliyyət göstərir. Torpaqlarımızın işğaldan azad olunması ilə, İşçi qrup və komissiyalar, dövlət qurumlarında bir çox işlər görülür. İşğaldan azad olunan torpaqlarda peşə təhsili müəssisələrinin fəaliyyəti davam etdiriləcək. Hazırda həmin peşə məktəblərinin profillər və ixtisasları, infrastrukturu, harada tikilməsi məsələlərinə baxılır. Bu barədə qərarlar olduqca məlumatlar veriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR