Direktor: “Pandemiya dövründə bütün xəstəxanalar qan və qan komponentləri ilə təmin olunub”

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov

© APA | Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov

# 02 iyul 2021 16:36 (UTC +04:00)

"COVID-19 zamanı bizim pasiyentlərdən koronavirusa yoluxanların sayı çox olub”.

APA-nın məlumatına görə, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov “TƏBİB məsləhəti”ndə deyib.

O bildirib ki, onların nəzarəti ayrılmış xəstəxanalarda Mərkəzin mütəxəssisləri tərəfindən həyata keçirilib: “Biz azsaylı müəssisələrdən olduq ki, xəstələrimizi mütəmadi olaraq PZR testdən keçirərək qəbul etdik”.

O qeyd edib ki, COVID-19 üçün ayrılmış xəstəxanalarda bu xəstə qruplarında ciddi qan azlığı yaranıb: “Pandemiya dövründə bizim mərkəz tərəfindən bütün xəstəxanalar təmənnasız olaraq qan və qan komponentləri ilə təmin olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR