“Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilib

“Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilib
# 07 iyun 2021 20:34 (UTC +04:00)

Nazirlər Kabineti “Doktoranturaların  yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edib. 

Nazirlər Kabinetindən APA-ya verilən məlumata görə, 2021-ci il 23 fevral tarixli 265-VIQD nömrəli Qanunla “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən təhsili davam etdirmək üçün doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara 3 ay müddətinə möhlət hüququ verilir.

Bununla əlaqədar Nazirlər Kabinetinin “Doktoranturaların  yaradılması və doktoranturaya qəbul Qaydaları”nda etdiyi dəyişikliklər aşağıdakılardan ibarətdir: 

- Doktoranturaya illik qəbul və dissertantların təhkimolunma planları ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların sifarişləri əsasında onların tabe olduqları müvafiq qurumlar tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunur, Azərbaycan Milli Elmlər Akademiyasının  və Azərbaycan Respublikası Təhsil Nazirliyinin  rəyləri əsasında hər il aprelin 1-dək təsdiq edilməlidir.

- Doktoranturaya qəbul hər ilin iyun (xarici dil imtahanı) və sentyabr (fəlsəfə və ixtisas fənnindən imtahanlar) ayları ərzində keçirilməlidir.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR