Əcnəbi tələbələr Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər - FOTO

Əcnəbi tələbələr Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər - FOTO
# 02 iyun 2021 21:58 (UTC +04:00)

Azərbaycanda təhsil alan bir qrup əcnəbi tələbə işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfər edib.

APA xəbər verir ki, səfər “Azərbaycan gəncliyi 2017 - 2021-ci illərdə” Dövlət Proqramının gənclərin beynəlxalq əməkdaşlığı və mübadiləsinin genişləndirilməsi bəndinin icrası ilə əlaqədar təşkil olunub.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Əlillər üzrə Qılıncoynatma Federasiyası tərəfindən təşkil olunan səfərə 40-dək əcnəbi tələbə qatılıb.

Tədbirdə Müdafiə və Təhsil nazirlikləri də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR