FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə Tovuzda seminar-müşavirə keçirilib

FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə Tovuzda seminar-müşavirə keçirilib

© APA | FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə Tovuzda seminar-müşavirə

# 16 iyul 2021 13:19 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşəbbüsü ilə Tovuz rayon Mədəniyyət evində "Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda seminar-müşavirə keçirilib.

APA-nın nazirliyə istinadən məlumatına görə, seminar-müşavirədə FHN DYNX-nin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi daxili xidmət polkovniki Natiq Piriyev, Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Zeynalov, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin rəisi daxili xidmət polkovnik-leytenantı Nürəddin Əsədov, rayon Polis şöbəsinin, Mənzil - Kommunal Təsərrüfat İstehsalat Birliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Dövlət Aqrar İnkişaf Mərkəzinin məsul əməkdaşları, habelə aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Tədbirdə yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirləri ilə yanaşı, yanğın təhlükəsizliyi qaydalarına əməl olunması, kövşən sahələrin yandırılmaması, yolkənarı, meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyi vurğulanıb. Eyni zamanda, seminar-müşavirədə kənd təsərrüfatı texnikalarının ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğınsöndürmə texnikalarının su ehtiyatının bərpası üçün təbii su hövzələrindən suyu götürməsinə şəraitin yaradılması və digər tələblər diqqətə çatdırılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR