Bank Of Baku

Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək

​​​​​​​Macarıstanın Baş naziri Peter Madyar və Ukrayna Prezidenti Volodimir Zelenski

© APA | ​​​​​​​Macarıstanın Baş naziri Peter Madyar və Ukrayna Prezidenti Volodimir Zelenski

# 24 noyabr 2026 14:47 (UTC +04:00)

Macarıstanın Baş naziri Peter Madyar bu gün Ukraynanın qərbində yerləşən Zakarpatye vilayətinə səfər edərək Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.

“Reuters”in məlumatına görə, Madyar səfər çərçivəsində bölgədə yaşayan macar icmasının nümayəndələri ilə də görüşəcək.

Onu səfərdə Macarıstanın xarici işlər naziri Anita Orban müşayiət edəcək.

Görüş iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar fonunda keçirilir. Macarıstanın əvvəlki Baş naziri Viktor Orbanın dövründə Kiyev və Budapeşt arasında, xüsusilə Ukraynada yaşayan macar azlığının dil və təhsil hüquqları ilə bağlı uzunmüddətli fikir ayrılıqları mövcud olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR