FHN-in idmançıları beynəlxalq turnirdə uğur qazanıblar - FOTO

FHN-in idmançıları beynəlxalq turnirdə uğur qazanıblar

© APA | FHN-in idmançıları beynəlxalq turnirdə uğur qazanıblar

# 27 may 2021 16:25 (UTC +04:00)

25-26 may tarixlərində Bakıda Heydər Əliyev adına İdman-Konsert Kompleksində paracüdo üzrə “IBSA Judo Grand-Prix Baku 2021” beynəlxalq Qran-Pri turniri keçirilib. Turnirdə 38 ölkədən 200 idmançı mübarizə aparıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, turnirdə paracüdo üzrə milli komandamızın üzvləri olan FHN-in əməkdaşları Xanım Hüseynova, Dursədəf Kərimova, Afaq Soltanova, Vüqar Şirinli və FHN-nin İdman sağlamlıq klubunun üzvü Şəhanə Hacıyeva iştirak edib. Qadınlar arasında -70 kq çəki dərəcəsində komandanın üzvü Xanım Hüseynova bütün rəqiblərinə qalib gələrək qızıl medala, Afaq Soltanova -57 kq çəki dərəcəsində, Şəhanə Hacıyeva isə -48 kq çəki dərəcəsində bürünc medala layiq görülüb. Kişilər arasında mübarizədə -60 kq çəki dərəcəsində Vüqar Şirinli bürünc medalın sahibi olub.

Azərbaycanın paracüdo komandası “IBSA Judo Grand-Prix Baku 2021” beynəlxalq Qran-Pri turnirini birinci yerdə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR