FHN təhsil müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər keçirib - FOTO

Təhsil müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı tədbir

© APA | Təhsil müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı tədbir

# 05 oktyabr 2021 15:43 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Göyçay şəhərində yerləşən Dövlət İdarəetmə və Texnologiya Kollecində, Göyçay, Kürdəmir və Naftalan şəhər peşə liseylərində, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi Xaçmaz şəhər Uşaq kitabxanasında, Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Sumqayıt şəhər 5 nömrəli Musiqi məktəbində yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirib.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, təhsil müəssisələrinin müəllim və texniki heyəti üçün keçirilən tədbirlərdə yanğın təhlükəsizliyinə dair qaydalar, o cümlədən odsöndürənlərdən istifadə üsulları, yanğın baş verən zaman təxliyə yolları haqqında, qızdırıcı, havalandırma, elektrik qurğularına texniki nəzarətlə bağlı tələblər və ”112” qaynar xətti barədə məlumat verilib.

Tədbirlərdə, həmçinin, ərazilərin daim təmiz vəziyyətdə saxlanılmasnın, təhsil müəssisələrinə məxsus obyektlərin normativ sənədlərin tələblərinə uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Qeyd edilib ki, yanğın təhlükəsizliyi qaydalarına dair çap materialları müvafiq yerlərdən asılmalı, yanğına qarşı su təchizatı mənbələri və qurğuları müvafiq normalara uyğun vəziyyətdə saxlanılmalıdır.

Sonda suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR