Gələn həftə xüsusi təhsil müəssisələrində vakant yerlər açıqlanacaq

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 03 sentyabr 2021 17:53 (UTC +04:00)

“Sentyabrın 7-dən işə yeni qəbul olunmuş gənc müəllimlərin təhsil mühitinə adaptasiyası ilə bağlı işlər görüləcək”.

APA-nın məlumatına görə, bunu İnsan Resursları Mərkəzinin direktoru vəzifəsini icra edən Nurlan İsmayılbəyli müəllimlərin işə qəbulu müsabiqəsinin yekunları ilə bağlı çıxışında deyib. O bildirib ki, bununla bağlı müxtəlif təlim proqramları həyata keçiriləcək: “Bu prosesə qoşulmaq üçün yaxın zamanda məlumat veriləcək. Olduqca faydalı proqram olacağını düşünürük. İlk dəfə tətbiq olunacaq proqramlardan biridir”.

O bildirib ki, növbəti həftə ərzində xüsusi təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə vakant yerlər açıqlanacaq: “Bu vakant yerlərin sayı çox deyil. Bununla bağlı tələblər haqqında məlumatlar veriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR