“Gilavar” şadlıq sarayının rəhbərliyi məsuliyyətə cəlb olunub

"Giləvar" restoranı

© APA | "Giləvar" restoranı

# 25 oktyabr 2021 15:31 (UTC +04:00)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə. Dəmirçizadə 7 ünvanında fəaliyyət göstərən “Gilavar” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

AQTA-dan APA-ya verilən məlumata görə, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR