Goranboyda xəstəxananın qarşısında iki maşın toqquşub, xəsarət alanlar var

Goranboyda xəstəxananın qarşısında iki maşın toqquşub, xəsarət alanlar var
# 15 iyun 2021 11:22 (UTC +04:00)

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Rayon Mərkəzi Xəstəxanasının önündən keçən yolda qeydə alınıb. “Oka” markalı avtomobil “VAZ-21099” markalı maşınla toqquşub. Qəza nəticəsində “Oka”-nın sürücüsü yüngül xəsarət alıb. “VAZ-2109”da olan, müxtəlif bədən xəsarətləri alan iki nəfər isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR