Helikopter qəzasında həlak olan DSX zabiti Beyləqanda dəfn olunub - FOTO - YENİLƏNİB

Helikopter qəzasında həlak olan DSX zabiti ilə Beyləqanda vida mərasimi

© APA | Helikopter qəzasında həlak olan DSX zabiti ilə Beyləqanda vida mərasimi

# 02 dekabr 2021 12:21 (UTC +04:00)

Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçulardan biri, baş leytenant Fərid Nağıyev anadan olduğu Beyləqan rayonunda dəfn edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, şəhid hərbçi Beyləqan şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində Beyləqan və Xocavənd rayon ictimaiyyətinin nümayəndələri, Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-mayor Azər İbrahimov, şəhidin xidmət yoldaşları və rayon sakinləri iştirak edib.

Yaylım atəşi açılıb. Şəhidin tabutu bükülmüş Azərbaycan Bayrağı onun atasına təhvil verilib.

***

11.03

Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçulardan biri, baş leytenant Fərid Nağıyevin cənazəsi onun doğulduğu Beyləqan rayonunun Şərq kəndinə gətirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, şəhidin cənazəsini kənd meydanına aparılıb, burada cənazə namazı qılınıb. Vida mərasimində şəhidin yaxınları, hərbçilər, rayon rəhbərliyinin, ictimaiyyətin nümayəndələri iştirak edir.

Qeyd edək ki, şəhid pilot Fərid Təyyar oğlu Nağıyev Beyləqan şəhərindəki Şəhidlər xiyabanında dəfn ediləcək.

Elgün Gəncimsoy

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR