İcbari tibbi sığortaya daxil olan bəzi xidmətlərə limit qoyulacaq

İcbari tibbi sığortaya daxil olan bəzi xidmətlərə limit qoyulacaq
# 08 dekabr 2021 16:45 (UTC +04:00)

“Xidmətlər Zərfinin daxilində olan bəzi prosedurlara limit nəzərdə tutulur”.

APA-nın məlumatına görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Facebook" səhifəsində "Tibbi sığorta saatı"nda Tibbi iddialar departamentinin koordinatoru Səbinə Quliyeva deyib.

O bildirib ki, icbari tibbi sığorta sosial layihədir: “Burada hər hansı limit və yaxud da sığorta məbləği nəzərdə tutulmayıb. Amma daxildə elə prosedurlar var ki, onlara limit nəzərdə tutulur. Məsələn, fizioterapiyanı ambulator şəraitdə göstərilən tibbi xidmətlər sırasındadır. Sığorta olunan fizioterapiya xidməti tətbiq ediləcəksə, Xidmətlər Zərfində bu prosedurlara 10 prosedur sayında limit nəzərdə tutulur. Hər vətəndaş üçün il ərzində bu limitlər nəzərdə tutulub”.

S. Quliyeva qeyd edib ki, ölkə üzrə Xidmətlər Zərfində bir sıra həyati dəyəri yüksək əməliyyatlar üçün də limit nəzərdə tutulub. Bunlardan biri koxlear implantasiya əməliyyatlarıdır: “Bunun üçün birinci il üçün ölkə üzrə 300 sayda limit nəzərdə tutulub. Endoprotezlərin yerləşdirilməsi üçün də 300 sayda limit nəzərdə tutulub. Digər xidmətlərə limit nəzərdə tutulmur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR