İkinci Qarabağ müharibəsində döyüş getmiş ərazilərdə insan qalıqlarının axtarışı və götürülməsi üçün 182 əməliyyat keçirilib

İlahə Hüseynova

© APA | İlahə Hüseynova

# 13 oktyabr 2021 10:32 (UTC +04:00)

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) neytral vasitəçiliyi qismində iştirakı ilə ikinci Qarabağ müharibəsində döyüşlərin təsirinə məruz qalmış ərazilərdə insan qalıqlarının axtarışı və götürülməsi üçün 182 əməliyyat təşkil edilib.

APA-nın xəbərinə görə, bunu BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

İ. Hüseynova bildirib ki, 90-ci illərdə itkin düşmüş 118 şəxsin ailəsindən 283 bioloji referent nümunəsi toplanıb: "3 müşayiətçi bioloji referent nümunələrinin toplanması prosesi zamanı itkin düşmüş şəxslərin ailələrinə dəstək göstərib. 67 itkin düşmüş şəxsin ailəsinə nağd pul yardımı göstərilib. 30 müşayiətçi itkin düşmüş şəxslərin ailələrinə COVID-19 pandemiyası və eskalyasiya ilə əlaqədar məsafədən dəstək göstərməyə davam edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR