İşğaldan azad edilmiş ərazilərin bərpası dövlət büdcəsində xərclər üzrə siyasətin əsas istiqamətlərindəndir

İşğaldan azad edilmiş ərazilərin bərpası dövlət büdcəsində xərclər üzrə siyasətin əsas istiqamətlərindəndir
# 09 sentyabr 2021 11:23 (UTC +04:00)

Növbəti 4 il ərzində işğaldan azad edilmiş ərazilərdə yenidənqurma, bərpa işləri dövlət büdcəsində xərclər üzrə siyasətin əsas istiqamətlərindən biri olacaq.

APA-nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında qeyd olunub.

Bildirilib ki, eyni zamanda növbəti 4 ildə Böyük Qayıdış Planına uyğun olaraq iqtisadi reinteqrasiya çağırışları fonunda bölgədə daha müasir və innovativ formatda təşkil olunacaq iqtisadi sahələrin yaradılması, infrastrukturun qurulması, əsas fəaliyyət sahələri kimi, kənd təsərrüfatı, kənd təsərrüfatı emalı və turizmin formalaşdırılması, regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpası nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR