Xidmətlər zərfinə daxil olmayan və dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edəcək.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd olunub ki, “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda edilməsi nəzərdə tutulan dəyişiklik icbari tibbi sığorta ilə əhatə olunmayan və dövlət tibb müəssisələri üzrə əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərinin təsdiq edilməsinin hüquqi əsasının yaradılması məqsədilə hazırlanıb.
Qanun layihəsi “Tibbi sığorta haqqında” qanuna uyğun olarsa, xidmətlər zərfinə daxil olmayan və dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərinin, habelə həmin qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) - TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA), digər tibb müəssisələrinə münasibətdə isə tabe olduqları dövlət orqanları (qurumları) tərəfindən təsdiq edilməsi ilə bağlı münasibətləri tənzimləyəcək.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
İTSDA və xəstəxanaları olan dövlət orqanları əhaliyə göstərilən pullu xidmətin tarifini müəyyənləşdirəcək
29 oktyabr 2021 12:39 (UTC +04:00)
Sosial
Səhiyyə Nazirliyinin adından sosial şəbəkələrdə saxta kampaniya keçirilir - BİRGƏ MƏLUMAT
22:42
7 may 2024
“Fövqəladə hallarla mübarizənin aktual problemləri” mövzusunda konfrans keçirilib
19:28
7 may 2024
Hərbi Prokurorluqda Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib
19:04
7 may 2024
Sosial xarakterli fövqəladə mühit rejimində qaydalara riayət edilməməsinə görə cərimələr müəyyənləşib
18:08
7 may 2024